Ukraynada “Bayraktar” zavodunun tikintisinə başlanıldı

Ukraynada Türkiyəyə məxsus “Bayraktar” PUA-ları istehsal edəcək zavodun inşasına start verilib.

Yenicag.az Ukrayna mediasına istinadən xəbər verir ki, bir müddət davam edən hazırlıq işlərindən sonra sözügedən zavodun tikintisinə başlanıldığını “Baykar Makina” şirkətinin Baş direktoru Haluk Bayraktar da təsdiqləyib.

Bayraktarın sözlərinə görə, Ukraynada “Bayraktar” istehsal edəcək zavodla yanaşı, Tədqiqat Mərkəzi və Öncül İstehsalat Mərkəzinin də inşası nəzərdə tutulur.

Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar isə bildirib ki, ölkədə “Bayraktar”ın istehsalına mühərrik, şassi və ehtiyat hissələrin hazırlanması üzrə ixtisaslaşmış yerli şirkətlər də cəlb olunacaqlar.