Ukraynada deputat və arvadı GÜLLƏLƏNDİ

Zaporojyeda işğal olunmuş Berdyansk “administrasiyasının rəhbəri”, deputat Oleq Boyk və həyat yoldaşı  Lyudmila Boyk güllələnib. 

Yenicag.az xəbər verir ki, onların cəsədləri evlərinin qarajında tapılıb.

Cütlüyün kim və ya kimlər tərəfindən öldürüldüyü məlum deyil. Hadisə yerinə polis sövq edilib. Boykların ölümü  ilə bağlı cinayət işi açılıb. Araşdırma  aparılır.

Qeyd edək ki, Oleq ruslar tərəfindən işğal edilmiş Berdyanskda hərbi-mülki administrasiyasının mənzil-kommunal təsərrüfat üzrə müavin təyin edilibmiş. Onun həyat yoldaşı isə referendum üzrə şəhərin ərazi seçki komissiyasına rəhbərlik edirmiş./Unikal/