Ukraynada deputatı qaçırdılar

Ukrayna parlamentinin deputatı Aleksey Qonçarenko qaçırılıb.

Bu barədə Odessa Vilayətinin prokurorluğu məlumat yayıb.

“Bəli, biz bu faktı təsdiqləyə bilərik. Hələlik hadisənin təfərrüatına dair heç bir məlumat yoxdur”, – deyə bildrilib..

Qeyd edək ki, Aleksey Qonçarenko Pyotr Poroşenko Blokundan deputat seçilib.

Yeniçağ.az