!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynada FETÖ məktəbləri ilə bağlı araşdırma aparılır

!Reklam – Yazi

fetoUkraynada FETÖ terror təşkilatına aid olan məktəblərin fəaliyyəti ilə bağlı Ukrayna təhlükəsizlik xidməti tərəfindən araşdırma aparıldığı bildirilib.

Yeniçağ.az Tükiyə mətbuatına istinadən xəbər verir ki, Ukraynanın təhsil nazirinin köməkisi Roman Qreba nazirliyin terror təhlükəsi ilə bağlı qabaqlayıcı tədbirlər görmək üçün səlahiyyəti olmadığını deyib. Bu kimi məsələlərin Ukrayna Təhlükəsizlik Xidmətinin səlahiyyətinə aid olduğunu deyən Qreba, nazirlik terror təhlükəsi ilə bağlı informasiya əldə edərsə, o zaman UTX-yə məlumat veriləcəyini bildirib.

FETÖ-nun Ukraynadakı məktəbləri ilə bağlı konkret məlumata malik olmadığını deyən nazir köməkçisi UTX məsələni araşdırdığını qeyd edib:
“Əgər istintaq hərəkətlərinə gətirib çıxaracaq vəziyyət yaranarsa, əlbəttə ki, Ukrayna Təhsil Nazirliyi bu məktəblərə verilən icazəni ləğv edəcək”.
Məsələ ilə bağlı Türkiyənin Kiyevdəki səfirliyi ilə mütəmadi əlaqədə olduğunu deyən Qreba iki ölkə arasındakı təhsil sahəsində münasibətlərin genişləndirilməsində maraqlı olduqlarını dilə gətirib.

Qeyd edək ki, FETÖ-ya bağlı olan Beynəlxalq Meridyen Məktəbi 2001-ci ildən Ukraynada fəaliyyət göstərir.

Yeniçağ.Az

www.yenicag.az

541
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv