Ukraynada fövqəladə vəziyyət elan olundu

Bu gün Kiyevdə qasırğa və dolu ilə müşayiət olunan qeyri-sabit hava şəraiti paytaxtda fövqəladə vəziyyət yaradıb.

Yenicag.az xəbər verir ki, Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin saytına istinadla xəbər verir ki, qeyri-sabit hava şəraiti nəticəsində Kiyevdə 30-dan çox ağac aşıb, 10-a yaxın avtomobil isə yararsız hala düşüb. Qasırğa bəzi evlərin dam örtüyünü uçurdub.

Hazırda yaranmış vəziyyəti aradan qaldırmaq üçün müvafiq işlər həyata keçirilir./AZƏRTAC/

COP29