Ukraynada gənclər hərbi helikopteri yandırdılar

Ukrayna təhlükəsizlik xidmətləri Kirovoqrad vilayətində hərbi aerodromda Ukrayna Silahlı Qüvvələrinin helikopterini yandıran bir qrup gənci saxlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə SBU “Telegram” kanalında məlumat verilib.

İdarədən verilən məlumata görə, saxlanılanlar 17-18 yaşlı gənclər olub. Onlar hərbi aerodroma daxil olaraq helikopteri yandırıblar. Şübhəlilərin həmçinin regionun əsas elektrik yarımstansiyalarından birini dağıtmağı planlaşdırdıqları da iddia edilb.

Saxlanılanlara qarşı təxribat və Ukrayna ordusunun işinə mane olmaq maddələri ilə ittiham irəli sürülüb.

COP29