Ukraynada həlak olan uşaqların sayı açıqlandı

Ukraynada Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində 217 uşaq həlak olub.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

“Rusiya Federasiyasının silahlı təcavüzü nəticəsində Ukraynada 608-dən çox uşaq xəsarət alıb. Rəsmi məlumatlara görə, 217 uşaq ölüb, 391-dən çox uşaq yaralanıb”, – məlumatda deyilir.