Ukraynada hərbi təyyarə qəzaya uğradı: Pilot öldü

Ukraynanın Jitomir vilayətində SU-27 hərbi təyyarəsi qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Qəza nəticəsində pilot həlak olub.

Hadisənin başvermə səbəbi araşdırılır./AzərTac/