Reklam: High Technic
hightechnic

Ukraynada hərbi vertolyot qəzaya uğrayıb: 5 nəfər ölüb

Bu gün Ukrayna Silahlı Qüvvələrinin “Mi-2” hərbi vertolyotu Donetsk vilayətinin Kramatorsk şəhəri yaxınlığında, Malinovka qəsəbəsində qəzaya uğrayıb.

Yeniçağ.Az-ın məlumatına görə, hadisə nəticəsində 5 hərbçi ölüb.

İlkin versiyaya əsasən, helikopter elektrik naqillərə toxunub və yerə çırpılıb.

Qəzanın səbəbləri araşdırılır.

Yeniçağ.Az

www.yenicag.az

76