Ukraynada hərbi vəziyyət on ikinci dəfə uzadıldı – Zelenski ümumi səfərbərliyi daha 90 gün uzatdı

Ukrayna prezidenti Vladimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin daha 90 gün uzadılmasını nəzərdə tutan qanunları imzalayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının (Parlament) saytında məlumat yayılıb.

Uzatma avqustun 12-dən qüvvəyə minəcək.

Bu, artıq Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin 12-ci uzadılmasıdır.

Nəsimi Ələsgərli

COP29