Ukraynada insanlıq FƏLAKƏTİ: Uşaqlar insan alverçilərinin hədəfində – BMT AÇIQLADI

Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən Ukraynada təcavüz və cinsi zorakılıq hallarının artdığı açıqlanıb.

Yenicag.az xəbər verir ki, BMT-nin münaqişə şəraitində cinsi zorakılıq üzrə xüsusi nümayəndəsi Pramila Patten bugünədək 124 belə halın qeydə alındığını bildirib.

Cinsi zorakılıq halları ilə qarşılaşanların 56-nın qadın, 49-nun isə uşaqlar olduğunu qeyd edən Patten savaşdan qaçanların insan alveri qurbanına çevrildiyini də vurğulayıb.