Ukraynanın Dnepr şəhərində küçələrdən birinə dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ xalq artisti Müslüm Maqomayevin adı verilib.
Yenicag.az xəbər verir ki, Dnepr Şəhər Şurasının deputatları Sobornı rayonunda yerləşən 8 Mart küçəsinə Müslüm Maqomayevin adının verilməsi barədə qərar qəbul ediblər.
Qeyd edək ki, həmin küçəyə M. Maqomayevin adının verilməsi təklifi ilə “Dnepropetrovşina azərbaycanlılarının Liqası” təşkilatı çıxış edib./APA/