Ukraynada kütləvi səfərbərlik: Küçələrdən əsgər toplanılır

“Əks-hücum əməliyyatları üçün ciddi insan resursuna ehtiyac var”.

Bunu Yenicag.az-a açıqlamasında Ukraynanın cəbhə üçün küçədən hərbi xidmətə yararlı əsgər yığmasına münasibət bildirən hərbi ekspert Elxan Şıxəliyev deyib.

Onun sözlərinə görə, iki il yarımdan çoxdur davam edən Rusiya-Ukrayna müharibəsində hər iki tərəfin resursları, xüsusilə səfərbərlik ehtiyatları tükənir.

“Ukraynanın təxriban 20 milyon əhalisi ölkəni tərk edib. Bunun da 25-30 faizini hərbi xidmətə yararlı gənclər təşkil edirdi. Nəticədə çox ciddi çatışmazlıqlar özünü büruzə verməyə başlayıb”, – deyə o əlavə edib.

Ekspert qeyd edib ki, əks-hücum əməliyyatları üçün ciddi insan resursuna ehtiyac var.

“Düzdür, xaricdən gələn muzdlu döyüşçülər mövcuddur, ancaq bu belə itkilərin yerini doldurmağa bəs etmir. Eyni zamanda dronlardan da istifadə olunur. Lakin istənilən nəticəni vermir. Bir sözlə itkilər get-gedə artdığı üçün Ukrayna problemlərlə üz-üzədir”, – deyə o, bildirib.

Nəsimi Ələsgərli

COP29