!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynada latın qrafikası RÜZGARI: Əlifbanın dəyişdirilməsi təklifi rəsmiləri toqquşdurdu

!Reklam – Yazi

Kiril əlifbasından latın qrafikasına keçid təklifi Ukrayna rəsmiləri arasında qızğın mübahisələrə səbəb olub.

Yenicag.az Ukrayna mənbələrinə istinadən xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilovun latın qrafikasına keçmək təklifi Ali Radanın sədri Dmitri Razumkov tərəfindən etirazla qarşılanıb.

Məlumata görə, Danilov Ukrayna dilini “ingiliscəyə yaxınlaşdırmaq” üçün latın qrafikasına keçidi zəruri sayıb:

Hesab edirəm ki, biz kiril əlifbasından qurtulmalıyıq və bu addım çox fundamental dəyişiklik olacaq”.

Danilovun bu təklifinə etiraz edən Razumkov onu öz işi ilə məşğul olmağa çağırıb:

“Dövlət dilimiz təkdir və əlifbamızla bağlı da hər şey qaydasındadır. Milli Təhlükəsizlik və Müdafiə Şurasının bu kimi işlərlə məşğul olması yersizdir”.

www.yenicag.az

414
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv