Ukraynada 4 mindən çox məhbus cəbhəyə getmək istəyib.
Yenicag.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Denis Malyuska məlumat yayıb.
Nazirin sözlərinə görə, yeni qanunvericiliyə uyğun olaraq cəza çəkən 350 ukraynalı artıq azad edilib. Ümumilikdə, Ukrayna hakimiyyəti istintaq təcridxanasında olanlar da daxil olmaqla, 20 minə qədər məhbusu çağırmağı planlaşdırır.
Qeyd edək ki, Ukraynada yeni qanun əsasən, yüngül və orta cinayətlərə görə məhkum olmuş şəxslər şərti azadlığa buraxılaraq müharibə zonasına səfərbər edilə bilər.