Ukraynada meymunçiçəyinə ilk yoluxma faktı aşkarlanıb.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, xəstənin PCR testi pozitiv nəticələnib.
Onun ölkənin böyük şəhərlərindən birində virusa yoluxduğu müəyyən edilib.
Məlumatda bildirilib ki, virusa yoluxan şəxs xəstəxanaya yerləşdirilib, faktla bağlı epidemioloji araşdırma aparılır.