“Qeyd olunan müddətdən sonra Ukraynada müharibənin yekunlaşdırılmasına yönəlik cəhd ola bilər”.
Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Ukraynada müharibənin başa çatmasının mümkün müddəti haqda danışan İtaliyanın müdafiə naziri Qvido Krozetto deyib.
O, Londonda jurnalistlərlə söhbətində bildirib ki, qarşıdakı 7-8 ay ərzində Ukraynada müharibənin sonlandırılması istiqamətində cəhdin ola biləcəyinə ümid edir.
Bununla belə, Krozetto əlavə edib ki, Ukraynada müharibə Rusiya diktatoru Vladimir Putinin atəşi dayandıracağı təqdirdə mümkün görünür.
Xatırladaq ki, Qvido Krozetto bir neçə həftə əvvəl Ukraynada müharibəni “siyasi seçim” sayəsində başa çatdırlmağın mümkünlüyünü bəyan etmişdi.