Ukraynada müharibənin qurbanı olan uşaqların sayı açıqlandı

Rusiya Federasiyasının Ukraynaya silahlı hücumu nəticəsində 461 uşaq həlak olub, 919-u yaralanıb.

Yenicag.az  xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu “Telegram”da məlumat yayıb.

“6 fevral 2023-cü il səhər saatlarına olan məlumata görə, Rusiya Federasiyasının genişmiqyaslı silahlı hücumu nəticəsində Ukraynada 1380-dən çox uşaq xəsarət alıb. 461 uşaq ölüb, 919-dan çoxu müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, – məlumatda deyilir./Unikal/