Ukraynada neçə nəfər işini itirib?

Ukrayna-Rusiya müharibəsi başlayandan təxminən 4,8 milyon ukraynalı işsiz qalıb.

Yenicag.az xəbər verir ki, bu barədə BMT-nin Beynəlxalq Əmək Təşkilatının məlumatında bildirilib.

Qeyd edilib ki, işini itirən 4,8 milyon ukraynalının 1,2 milyonu qaçqına çevrilib. Yerdə qalan 3,6 milyon işsiz isə hazırda Ukraynadadır.

Bildirilib ki, döyüşlər dərhal dayanarsa, 3,4 milyon ukraynalı iş yerinə qayıda biləcək. Döyüşlərdə eskalasiya olacağı təqdirdə isə işsizlərin sayı 7 milyon nəfərə çatacaq.