Ukraynada öldürülən azərbaycanlılar barədə AÇIQLAMA: “Cəsədlər hələ də morqdadır”

Ukraynanın Odessa şəhərində diversiya qrupu əslən Kəlbəcərdən olan soydaşlarımızı daşıyan avtomobilləri atəşə tutmuşdu. Hadisə nəticəsində 4 nəfər həlak olub.

Yenicag.az xəbər verir ki, onlar əslən Kəlbəcərin Təkəqaya kəndindəndirlər.

Təkəqaya kəndinin bələdiyyə nümayəndəsi Anar Məmmədov bildirib ki, ölənlərin cəsədləri hələ də Ukraynadakı morqdadır:

“Yaralıların vəziyyəti hazırda yaxşıdır. Cəsədlər də hələ ki morqdadır. Prokurorluq iki gün vaxt verib ki, lazımi sənədlər toplanılsın. Əgər sənəd işi həll olunsa, sabah üçün gətirilməlidirlər. Vəfat edənlərin və yaralıların yaxınları da Ukraynadadırlar. Mən dünən ölənlərin yaxınları ilə danışmışam, məlumatları onlar söyləyib”.

Qeyd edək ki, Odessada həlak olmuş azərbaycanlılar İsmayılov Rəhim Əli oğlu, İsmayılov Qabil Rəhim oğlu, İsmayılov Nemət Əli oğlu və Salmanov Camal Mirzənəsir oğludur.

Yaralılar isə İsmayılov Süleyman Nemət oğlu, Tağıyev Tacir Rövşən oğlu və Tağıyev Niyazi Rövşən oğludur./Modern.az/

COP29