Ukraynada parlament seçkiləri təxirə salındı

Ukrayna Ali Radası hərbi vəziyyətin səkkizinci dəfə 90 gün, 2023-cü il noyabrın 16-dək uzadılmasına qərar verib.

Yenicag.az xəbər verir ki, bu barədə parlamentin deputatı Oleksiy Qonçarenko öz “Teleqram” kanalında məlumat yayıb.

O, oktyabrın sonuna təyin edilmiş parlament seçkilərinin təxirə salınacağını bildirib. Həmçinin ölkədə ümumi səfərbərlik müddəti üç ay uzadılıb.

Ukrayna prezidenti Volodimir Zelenski daha əvvəl hərbi əməliyyatlar bitməmiş parlament və prezident seçkilərinin keçirilməyəcəyini bəyan edib.