Ukraynada QƏRAR – Bu şərtlə evlənməyə icazə verildi

Ukrayna Ədliyyə Nazirliyi müharibə zamanı nikah prosedurunu sadələşdirib və nikahın onlayn qaydada “Zoom” proqramı vasitəsilə rəsmiləşdirilməsinə icazə verib.

Yenicag.az xəbər verir ki, bunu ölkənin ədliyyə nazirinin müavini Valeriya Kolomiets bildirib.

Nazir müavininin sözlərinə görə, nikahın qeydiyyatı müvafiq idarənin istənilən orqanında aparıla bilər. Nikahları polis və hərbçilər də qeydiyyata ala bilər.

Həmçinin, ölkə müdafiəçiləri üçün məsafədən evlilik qaydası da tətbiq olunub.

Kolomiets qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri, 22 000 ukraynalı cütlük evlənib.