Ukraynada qətlə yetirilən uşaqların sayı AÇIQLANDI

Rusiya Federasiyasının ordusu Ukraynada 855 uşağı yaralayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

“Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 1298-dən çox uşaq xəsarət alıb. 2022-ci il dekabrın 8-i səhər saatlarına olan məlumata görə, 443 uşaq ölüb, 855 nəfər isə yaralanıb”, – məlumatda deyilir.