Ukraynada ruhi dispanserdə yanğın – Azı 6 nəfər həlak olub

Ukraynanın Odessa şəhərində yerləşən ruhi dispanserdə yanğın baş verib.

Yenicag.az xəbər verir ki, faciə nəticəsində azı 6 nəfərin həlak olduğu bildirilir.

Dispanserdəki digər xəstələri və tibbi heyəti təxliyə etmək mümkün olub.

Ukrayna hüquq-mühafizə orqanlarından verilən məlumata görə, yanğın binanın dam hissəsində başlayıb və qısa müddətdə geniş sahəyə yayılıb.

Hadisə ilə bağlı təhqiqata başlanılıb.