Ukraynanın Sərhəd Xidməti Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin ölkəyə girişini qadağan edib.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, Saakaşvili 2021-ci il, fevralın 13-dək Ukrayna ərazisinə buraxılmayacaq.
Qeyd edək ki, Ukraynada qanunsuz yaşadığı iddia edilən M.Saakaşvili fevralın 12-də bu ölkədən çıxarılıb.