Yaxın aylarda Ukrayna şəhərləri elektrik enerjisinin sistemli kəsilməsi səbəbindən yaşayış üçün yararsız hala düşə bilər.
Yenicag.az xəbər verir ki, bu barədə Amerikanın “Wall Street Journal” (WSJ) qəzeti yazır.
“Qış enerji sistemini daha da gərginləşdirəcək… Ən pis halda elektrik enerjisinin uzun müddət kəsilməsi yaxın aylarda Ukrayna şəhərlərini yaşayış üçün yararsız hala sala bilər. Bunun nəticəsi Ukraynadan mühacirətin artması ola bilər”,- WSJ belə qənaətə gəlib.