Ukraynada teleşirkət binasına atəş açıldı – VİDEO

Ukrayna paytaxtı Kiyev şəhərində ötən gecə “112.Ukrayna” teleşirkətinin binasına naməlum şəxs qumbaraatandan atəş açıb.

Yenicag.az xəbər verir ki, nəticədə binanın divarına ziyan dəyib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Heç kimin zərər çəkmədiyi hadisə terror olaraq dəyərləndirilir./Report/