Ukraynada yeni ombudsman seçildi

Ukrayna Ali Radasının üzvü Dmitri Lubinets İnsan hüquqları üzrə yeni müvəkkil (ombudsman) təyin edilib.

UNİAN-nın yaydığı məlumatda bildirilib ki, bundan əvvəl Ali Rada Lyudmila Denisovanın ombudsman vəzifəsindən azad edilməsinə səs verib.

Belə ki, o humanitar dəhlizlərin təşkili və məhbusların dəyişdirilməsi ilə bağlı vəzifələrini yerinə yetirə bilməyib.