!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynadakı helikopter qəzası terrordur? - “Rusiyanın mesajları deməyə əsas verir ki…” - RƏY

!Reklam – Yazi

“Baş verən qəza müharibənin daha da qızışmasına təsir edə bilər”.

Bunu Ukraynada baş verən helikopter qəzası haqda fikirlərini deyən politoloq Vüqar Qədirov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Ukraynada yüksək vəzifəli şəxslərin həlak olduğu helikopter qəzası 20 noyabr 1991 ci ildə baş verən Qarakənd hadisəsini xatırladır:

“Ukraynada hazırda qızğın müharibə davam edir. Rəsmi Kiyev hələki qəzanın terror aktı olub-olmadığı ilə bağlı rəsmi açıqlama verməyib.

Ukrayna ərazisində bir neçə rus generalın öldürülməsi Rusiyaya qarşı psixoloji təsir idi. Rusiyanın bir müddət öncə elan etdiyi səfərbərlik, Ukraynaya genişmiqyaslı əməliyyatlar keçirəcəyi mesajları da helikopter qəzasının terror aktı olduğunu deməyə əsas verir. Müharibədə hər şey baş verə bilər, rəsmi açıqlamanı gözləmək lazımdır. Rəsmi açıqlama verildikdən sonra hadisəni daha obyektiv qiymətləndirmək olar”.

Politoloq qeyd edib ki, baş verən qəza müharibənin daha da qızışmasına təsir edə bilər. Və ya əks-təsir də müşahidə edə bilərik.

Xatırladaq ki, Qarakənd faciəsi 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında erməni hərbi dəstələri tərəfindən vurulan terror hadisəsidir. Həlak olanlar arasında Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstanın daxili işlər nazirinin müavini Saylau Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev var idi. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.

Nəsimi Ələsgərli

www.yenicag.az

529
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv