“Bu müharibə yalnız Rusiya və Qərb arasındakı gərginliyi dərinləşdirmədi”.
Yenicag.az xəbər verir ki, bunu dünyada dəyişən geosiyasi reallıqlar fonunda Ukraynanın taleyindən danışan siyasi şərhçi Steven Heydeman deyib.
Onun sözlərinə görə, Ukraynada müharibə yalnız Kiyevə deyil, Yaxın Şərq və ümumilikdə, beynəlxalq siyasi müstəviyə əhəmiyyətli nəticələr verdi.
“Bu müharibə yalnız Rusiya və Qərb arasındakı gərginliyi dərinləşdirmədi. Həmçinin Yaxın Şərqdəki güc balansını və ABŞ-nin regional siyasətini də yenidən müəyyən etdi. Eyni zamanda, İraq müharibəsindən sonra İranın Yaxın Şərqdə artan təsiri və strateji üstünlüyü vardı. Qısa olaraq desək, Ukrayna müharibəsi və digər proseslər bu vəziyyətin dəyişməsinə səbəb oldu. Yəni güc münasibətləri kontekstində yeni reallıqlar formalaşmağa başladı”, – deyə o bildirib.
Nəsimi Ələsgərli