Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ukraynadakı səfirimiz: “Bizə hansısa Türkiyə, hansısa Rusiya kömək etməyib” - VİDEO

Reklam: Sinerji Pro

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun ardından Ukraynadakı səfir Elmira Axundova da tutduğu posta uyğun olmayan mövqe sərgiləyib.

Yenicag.az Musavat.com-a istinadla xəbər verir ki, Savik Şusterin Ukraynada populyar olan “Svoboda Slova” verilişinə onlayn qatılan Elmira Axundova Türkiyənin Qarabağ münaqişəsinin həllindəki rolunu danmağa çalışıb.

Aparıcının “Bu gün Azərbaycanın əsas müttəfiqi Türkiyədir, Türkiyə həm də Zaqafqaziyada çox ciddi faktordur” replikasına səfir “ola bilər” deyərək, çox qısa formada cavab verib. Aparıcı Elmira Axundovanın ifadəsinə təəccübünü gizlətməyərək, onun “ola bilər” sözlərini bir neçə dəfə təkrar edib.

Bununla yanaşı, səfir Ermənistanın kapitulyasiya etməsinə görə Azərbaycan dövlətinə, Azərbaycan ordusuna deyil, Rusiyaya(?!) minnətdarlığını bildirib.

Səfir “Bizə hansısa Türkiyə, hansısa Rusiya kömək etməyib” kimi fikir də işlədib.  Elmira Axundova 5 dəqiqə 20 saniyəlik çıxışı zamanı Qarabağ müharibəsindən Azərbaycanı qələbə ilə çıxaran Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin adını belə çəkməyi lüzum görməyib.

Verilişin videosu:

Yazılan şərhlər:

www.yenicag.az

2432