Ukraynadan daha 180 Azərbaycan vətəndaşı Bakıya gəldi – FOTO

Ukraynadan təxliyə edilən daha 180 Azərbaycan vətəndaşı Bakıya gəlib.

Yenicag.az-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində deyilir.

“Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkəni tərk edən Azərbaycanlılar, Polşa ərazisindən həyata keçirilən AZAL-ın çarter reysi ilə, aralarında 6 körpə olmaqla, 180 sərnişin ölkəyə gəlib. İndiyədək baş tutan 8 çarter reysi ilə 1475 həmvətənimiz Azərbaycana gəlib”, – deyə məlumatda bildirilir.