Ukraynadan daha 9 azərbaycanlı təxliyə olundu

Ukraynada yaranmış vəziyyətlə əlaqədar olaraq ölkəni tərk etmək məcburiyyətində qalan 9 nəfər soydaşımız Xerson vilayətindən Rusiya paytaxtına gətirilib, oradan isə Azərbaycan təxliyə olunublar.

Bu barədə Yenicag.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Təxliyə edilənlərdən 2-si Ukrayna, 7-si Azərbaycan vətəndaşıdır. Onlar Moskvadan Bakıya təyyarə reysi ilə yola salınıb.

Soydaşlarımızın müharibə və humanitar böhran bölgəsindən çıxarılması və ölkəmizə gətirilməsi Azərbaycan dövlətinin hesabına həyata keçirilib.