Bu ilin əvvəlindən avqust ayına qədər 26 Azərbaycan vətəndaşı məcburi qaydada Ukraynadan deportasiya olunub.
Yenicag.az xəbər verir ki, bu barədə “Report”un Şərqi Avropa bürosuna Ukrayna Dövlət Miqrasiya Xidmətindən bildiriblər.
Məlumatda o da qeyd olunur ki, bu müddət ərzində 162 Azərbaycan vətəndaşı məcburi qaydada geri qaytarılıb. Bu qərarlara səbəb kimi həmin şəxslərin Ukraynanın mövcud qanun və qaydalarına əməl etməmələri göstərilir.