Ukraynadan DƏQİQ ZƏRBƏ: Neft bazası yerlə yeksan edildi

Ukraynanın Donetsk vilayətinin separatçıların nəzarəti altında olan Makeyevka şəhərində neft bazasının atəşə tutulması nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Yenicag.az xəbər verir ki, atəş nəticəsində neft bazasının ərazisində 4 neft çəni və 2 benzindaşıyan yanıb. Hər çənin həcmi 5 min kub metrdir.

Rusiya iddia edir ki, neft bazanı Ukrayna Silahlı Qüvvələri atəşə tutub./Report/