Ukraynadan Moskvaya ağır ZƏRBƏ – Rusiya benzin ixracına qadağa qoydu

Ukrayna pilotsuz təyyarələrinin hücumları nəticəsində Rusiyanın imkanlarının təxminən 14 faizi sıradan çıxıb.

Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “Bloomberg” nəşri məlumat yayıb.

Nəşr yazır ki, Rusiya öz imkanlarının bir hissəsini itirdiyinə görə, martın ortalarında daxili qiymətlər 20-30 faiz artıb və Rusiyanın daxili bazarının tələbatını ödəmək üçün ixrac dayandırılmalı olub.

“Bu zərbələrin nəticələrini yumşaltmaq üçün Rusiya mart ayından başlayaraq 6 ay müddətinə benzin ixracına qadağa qoyub, Belarusdan neft məhsullarının idxalına başlayıb, Qazaxıstandan idxal etməyi planlaşdırıb və Rusiya Dəmir Yolları ilə neft məhsullarının daşınmasına digər növlərə nisbətən üstünlük verib”, – deyə qəzetin məlumatına dərc olunub.

Rafi Müslümov

COP29