Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Polşaya gəlmiş ukraynalı qaçqınların sayı 2,5 milyon nəfəri ötüb.
Yenicag.az xəbər verir ki, bu barədə Polşanın Sərhəd Xidməti məlumat yayıb.
Polşa DİN-in hesablamalarına görə, gələnlərdən 1,5 milyonu ölkədə qalıb. Martın 16-dan Polşa hökuməti ölkədə qalmaq istəyən qaçqınların qeydiyyatını apararaq, onlara PESEL fərdi identifikasiya nömrələri təqdim edir.