Ukraynadan Rusiya kanalları ilə bağlı QƏRAR – 5 il…

Ukrayna Rusiya kanallarının yayımına qadağa qoyub.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna prezidenti Vladimir Zelenski təsdiqləyib.

O bildirib ki, ölkədə yayımlanan Rusiya tərəfindən maliyyələşdirilən 9 kanal 5 illik müddətinə bağlanılıb.

“Mətbuat azadlığını dəstəkləyirəm, ancaq Ukraynaya təcavüz edən ölkənin maliyyələşdirdiyi təbliğatı dəstəkləmirəm”, – deyə ölkə prezidenti qeyd edib.

Zelenskinin sözçüsü Yulya Mendel də kanalların maliyyələşdirilməsinin Rusiya tərəfindən təsdiqləndiyini və kanalların Ukraynaya qarşı müharibədə bir vasitə olaraq istifadə edildiyini bildirib.