Ukraynadan sonra Polşada da səfirliyimiz “SİNİFDƏ QALDI”: “Vətəndaşlarımız küçəyə atılır” – VİDEO

Ukrayna-Rusiya müharibəsi səbəbindən Polşaya keçən azərbaycanlı qaçqınlar acınacaqlı vəziyyətdədir.

Yenicag.az xəbər verir ki, bu barədə Ukraynadan Polşaya keçən İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli məlumat verib.

Samir Adıgözəllinin sözlərinə görə, Polşadakı Azərbaycan səfirliyi və konsulluğu Polşaya sığınan azərbaycanlılarla maraqlanmır:

“Varşavada “Merkuri” otelinin qarşısında çoxlu sayda azərbaycanlılar yığışıb. Onlar Azərbaycana dönmək istəyir. Ancaq bunun üçün təyyarə yoxdur. Məlumat verildi ki, azərbaycanlılar oteldən çıxarılıb, hansısa düşərgəyə yerləşdiriləcək. Gələn təyyarə isə ancaq qadın və uşaqları aparacaq. İnsanlar acınacaqlı vəziyyətə düşüblər. Buradan Xarici İşlər Nazirliyinə, Prezident Administrasiyasına səslənirəm, “İnsanlarımız küçədə qalıb. Onları təxliyyə etmək lazımdır””.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsinə görə çoxlu sayda Azərbaycan vətəndaşları Moldova və Polşada acınacaqlı vəziyyətə düşüblər. Onların gətirilməsi üçün ciddi tədbirlər görülmür.

Səxavət Məmməd

COP29