Ukraynadan təxliyyə edilən azərbaycanlılar İstanbulda – FOTOLAR

Rusiyanın Ukraynaya təcavüzü fonunda bu ölkədən təxliyyə edilən Azərbaycan vətəndaşlarının əksəriyyəti müvəqqəti barınma üçün Türkiyəyə aparılıb.

Yenicag.az TRT-yə istinadən xəbər verir ki, İstanbula gətirilən azərbaycanlılar Əsənlər bələdiyyəsi tərəfindən idman kompleksində qonaq edilirlər.

Bələdiyyə tərəfindən azərbaycanlıların bütün ehtiyacları qarşılanır.