Ukraynalı avtoritet “Oleq Bakinski” Bakıda həbs edildi

Tanınmış ukraynalı kriminal avtoritet Oleq Krapivin (Oleq Bakinski) Bakıda həbs edilib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, Oleq Kravivin bir neçə gün əvvəl Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən Bakıda həbs edilib.

İdarənin təqdimatı əsasında Nərimanov rayon Məhkəməsi tərəfindən onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, ötən il Ukrayna mediası Oleq Bakinskinin Ukraynaya yaşam izninin ləğv edildiyini və ölkəyə girişinə qadağa qoyulduğunu bildirmişdi.

Qeyd edilirdi ki, Krapivin Ukrayna ərazisində “ağır və xüsusilə ağır cinayətlərin törədilməsində” iştirak edən kriminal avtoritetdir, qanunsuz fəaliyyətinə 90-cı illərdə “Avdışa” mütəşəkkil cinayətkar qrupun tərkibində başlayıb.

Oleq Bakinski Kremllə əlaqələri ortaya çıxdıqdan sonra ölkədən gedib, 2022-ci il iyunun 26-da Ukrayna onun yaşayış icazəsini ləğv edib, daha sonra ölkə ərazisinə girişinə veto qoyub. Buna səbəb Kadırovun dəstəsi ilə əlaqəsi və Zaporojye vilayətində humanitar yüklərin bir hissəsinin onlara ötürülməsi ehtimalı, eləcə də Kremllə əlaqələridir. Onun FTX generalları ilə əlaqələri və Rusiyanın faktiki vətəndaşlığı da “məlum olub”.

Oleq Bakinski Ukraynanın varlı adamlarından biridir, onun sərvəti ən azı 80 milyon dollar civarındadır.

Oleq Krapivinin oğlu Sultanbəy barədə də cinayət işi açılıb. Onun qanunsuz olaraq ölkəni tərk etdiyi üçün axtarışa verildiyi elan edilib.

Onun adı bir neçə sui-qəsd cəhdində də hallanıb.

COP29