!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ukraynalı futbolçunun Rusiyada etdiyi hərəkət qalmaqal yaratdı - VİDEO

!Reklam – Yazi

Rusiya futbolunda qalmaqal baş verib.

Yenicag.az xəbər verir ki, “Nijnıy Novqorod” klubunun futbolçusu Vitaliy Fedorivin “Soçi” ilə oyunda etdiyi hərəkət etirazla qarşılanıb.

Belə ki, ukraynalı futbolçu Rusiyanın dövlət himni səslənən zaman üzünü bayrağa tərəf çevirməyib.

Nəticədə rusiyalı deputatlar “bu ölkəyə, onun atributlarına hörmət eləmirsə, rədd olsun, getsin” deyiblər. Futbolçu isə açıqlamasında bunun hörmətsizlik olmadığını, həmin vaxt dua etdiyini bildirib. O, Rusiyanın himninə və bayrağına hörmətlə yanaşdığını bildirməklə yanaşı, idmanın siyasətdən uzaq olduğunu qeyd edib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında siyasi gərginlik yaşanır.

www.yenicag.az

2817
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv