Ukraynalı general Merkeli günahlandırdı

“Əgər Angela Merkelin siyasəti olmasaydı, Ukraynanın NATO-ya üzvlüyünün prespektivləri fərqli xarakter daşıyardı”.

Yenicag.az xəbər verir ki, bu barədə ukraynalı general, Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini İqor Romanenko ZIK telekanalına münasibəsində bəyan edib.

Generalın sözlərinə görə, kollektiv təhlükəsizlik mexanizminin istifadəsinin Kiyevə münasibətdə problemləri var.

“Biz çalışırıq, lakin yanaşmalar müxtəlifdir. 2008-ci ildə bizim yaxınlaşmaq üçün ən böyük şansımız var idi, lakin Putin frau Merkellə razılığa gəldi və sonuncu nə Ukraynanın, nə də Gürcüstanın üzvlüklə bağlı fəaliyyət planının alınmaması üçün lazım olan hər şeyi etdi”, – deyə Romanenko vurğulayıb.