Ukraynalı nazirlər istefa verdi

Ukraynanın Maliyyə naziri İqor Umanskiy və Səhiyyə naziri İlya Yemeç istefa veriblər.

Yenicag.az xəbər verir ki, bu barədə “Avropa Həmrəyliyi Partiyası”ndan Ali Radaya deputat seçilən İrina Qeraşenko özünün “Facebook” səhifəsində yazıb.

“Zelenskinin ( Ukrayna prezidenti Vladimir Zelenski – Red) ikinci hökuməti nazir dəyişikliyi üzrə rekordu yeniləyib. Koronavirusun yayıldığı bir vaxtda Maliyyə və Səhiyyə nazirləri bir ay işləyib istefa verdilər”.

Onun sözlərinə görə, Ali Rada rəhbərliyinin fraksiya liderləri ilə görüşündə Maliyyə naziri, Səhiyyə naziri və Energetika və Ətraf Mühitin Mühafizəsi naziri vəzifələrinə namizədlərlə görüş keçirilib.

“Ali Rada rəhbərliyinin iclasında, Energetika və Ətraf Mühitin Mühafizəsi naziri vəzifəsinə namizəd Olqa Boquslaveç, Səhiyyə naziri vəzifəsinə Maksim Stepanov və Maliyyə naziri vəzifəsinə isə Serqey Marçenko ilə görüş keçirilib”- Qeraşenko sosial şəbəkədəki hesabında yazıb.

COP29