Reklam: High Technic
hightechnic

Ukraynalı qız Bakıda öldü

69776Bakının Nizami rayonunda gənc qız faciəvi şəkildə ölüb.

Yenicag.az anspress-ə istinadən bildirir ki, qız dəm qazının qurbanı olub.

Hadisə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 17/16 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən evə Ukraynadan qonaq gələn 1995-ci il təvəllüdlü Alekseyevna Karina Aleksandrovnanın meyiti tapılıb. Meyit evin hamam otağında aşkarlanıb.

Araşdırmalar zamanı qızın dəm qazından öldüyü müəyyən olub.

Qeyd edək ki, ötən gün ərzində paytaxtda 7 nəfər dəm qazından zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

113