“Ukraynada məsələ həll olunanda – o məsələ isə yaya qədər mütləq həllini tapacaq – Rusiya Federasiyasının silahlı qüvvələrinin əl-qolu açılacaq”.
Yenicag.az Milli-yə istinadla xəbər verir ki, bunu Rusiya Federasiyasının Raket və Artilleriya Elmləri Akademiyasının vitse-prezidenti Konstantin Sivkov deyib.
Obnun sözlərinə görə, Moskva hazırda Bakının “davranışından narazıdır”:
“Ordumuza artıq heç nə və heç kim mane ola bilməyəcək. Bax, onda Azərbaycanla söhbət bir az fərqli kontekstdə gedəcək. Rusiya Federasiyası unutmayacaq ki, Azərbaycan hazırda Türkiyə və ABŞ-nin diqtəsi ilə hərəkət edir”.
K. Sivkovun sözlərinə görə, hazırda Ukraynada cəbhənin uzunluğu 1000 kilometrdən artıqdır:
“Belarusla Ukraynanın sərhədini də yada salsaq, cəbhə xəttinin hipotetik uzunluğu İkinci Dünya müharibəsindəki miqyasa çatır. Yada salaq ki, o zaman kütləvi səfərbərlik, sənayenin və iqtisadiyyatın müharibə şərtlərinə keçidi və s. vardı.
İndi bunların heç biri Rusiyada yoxdur. Ukraynadakı 1000 kilometrlik məsələni həll edəndən sonra Azərbaycanla məşğul olacağıq. Hələlik Rusiya Azərbaycanla diplomatik kanallarla işləyir. Sonrasına baxarıq. Biz heç nəyi unutmuruq və unutmayacağıq”.