Ukraynanın 1000 kilometr mənzilli zərbə PUA-sı – İlk sınaq keçirildi

Ukraynanın müdafiə sənayesi 1000 kilometr məsafəyə uçuş imkanlarına malik ilk zərbə dronunun havada sınağını keçirib.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Ukroboronprom” dövlət konserninin mətbuat katibi Natalya Sad açıqlayıb.

Onun sözlərinə görə, hazırlanmış PUA-nın texniki göstəriciləri haqqında bu gün üçün detallı məlumat vermək doğru olmazdı:

“Yetmiş beş kiloqram faydalı yüklə min kilometr məsafə qət edə bilən PUA-nın istehsalı üzrə layihədə elə bir mərhələyə çatmışıq ki, bu barədə əlavə nəsə demək artıq mümkün deyil”.

Konserndən bildirilib ki, PUA-nın havada sınağının keçirilməsindən sonra onun istehsalı yönündə işlər maksimum sürətləndirilib.

Qeyd edilib ki, bundan sonra artıq hazırlanan kamikadze dronun imkanları Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyinə nümayiş etdiriləcək.