!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynanın 15 min hərbçisi üçün YENİ TƏLİM: Brüssel hərəkətə keçdi

!Reklam – Yazi

Avropa İttifaqı (Aİ) Ukraynanın 15 min hərbçisi üçün təlim keçirilməsini planlaşdırır.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Aİ-nin üzv ölkələri arasında bu məsələyə dair ilkin razılaşma əldə olunub.

Aparılan danışıqlarda iştirak edən diplomatların sözlərinə görə, kampaniyada iştirakı planlaşdırılan Ukrayna hərbçilərindən 3 mini üçün xüsusi təlimlər keçiriləcək.

Qeyd olunur ki, təlim missiyasının planı artıq oktyabrın ortalarına qədər hazırlanıb təqdim ediləcək.

Xatırladılır ki, buna qədər Aİ-yə üzv olan bir çox ölkələr, əsasən də Almaniya tərəfindən Ukrayna hərbçiləri üçün davamlı təlimlər təşkil olunub.

Təlim missiyası planının təsdiqlənməsi ilə Aİ ölkələrinin Ukrayna hərbçilərinə təlim keçirilməsinə yönəlik fəaliyyətlərinin birləşdirilməsi nəzərdə tutulur.

www.yenicag.az

336
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv