Ukraynanın birinci xanımına BÖYÜK JEST: ABŞ Konqresində çıxış edəcək

Ukrayna prezidentinin xanımının sabah ABŞ Konqresində çıxış edəcəyi gözlənilir.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-də səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenskinin xanımı Yelena Zelenskaya mühüm görüşlərini davam etdirir.

Dünən ABŞ-nin dövlət katibi Entoni Blinkenlə müzakirələr aparan xanım Zelenskayanın bu gün ölkənin birinci xanımı Cill Baydenlə görüşü nəzərdə tutulub.

Məlumata görə, Zelenskaya iyulun 20-də ABŞ Konqresində çıxış edəcək.