Volnovaxa artıq şəhər kimi mövcud deyil, onun bütün infrastrukturu məhv olub.
Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Sərhəd Xidməti məlumat və fotolar paylaşıb.
“Buna baxmayaraq, ərazi uğrunda döyüşlər davam edir, çünki bölgə Donetsk istiqaməti baxımından strateji əhəmiyyət daşıyır”, – məlumatda qeyd edilib.
Bildirilib ki, müharibəyə qədər şəhərdə 100 min adam yaşayırdı. Hazırda onlar təxliyə edilib.
Qeyd edək ki, 11 martda Rusiya MN Volnovaxanın ələ keçirildiyini elan etmişdi.